“Linlin” qasırğası Cənubi Koreyaya çatıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Şənbə günü Koreya yarımadasına çatan “Linlin” qasırğası bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin Cənubi Koreyaya xilasetmə xidmətlərinə istinadla yaydığı məlumata görə, qasırğa nəticəsində yaşlı qadın həlak olub.
Qasırğanın mərkəzində küləyin sürəti hazırda 39 metr/saniyəyə çatır. “Linlin”, həmçinin güclü yağışlar gətirib. Təbii fəlakət səbəbindən 270-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb, bir sıra avtomobil yolları bağlanıb.
Sinoptiklərin proqnozlarına əsasən, qasırğa şimal istiqamətində irəliləməkdə davam edəcək və axşam saatlarında KXDR ərazisinə yetişəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]