Litva hökuməti kütləvi tədbirlərin keçirilməsinə icazə verməyi düşünür
Vilnüs, 20 may, AZƏRTAC
Litva hökuməti kütləvi tədbirlərin yenidən bərpası ehtimalını müzakirə edir, lakin ölkənin Səhiyyə naziri Aureliyus Veriqa həmin tədbirlərdə minlərlə deyil, maksimum 100 nəfərin iştirak edə biləcəyini söyləyib.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, hökumət bu gün ərzində ölkədə epidemioloji vəziyyətin nisbətən yaxşılaşdığı təqdirdə tədbirlərin, konsertlərin, tamaşaların yenidən bərpasına cədvəl üzrə icazə verməyi nəzərdən keçirmək niyyətindədir.
Nazir Aureliyus Veriqa bildirib ki, həm qapalı məkanda, həm də açıq havada keçirilməsi mümkün olan bu cür tədbirlərdə iştirakçıların sayına baxılacaq.
“Geniş kütləvi tədbirlərin keçirilməsi haqqında hər hansı bir müsbət qərarın qəbul ediləcəyini güman etmirəm. Əlbəttə, təşkilatçılar daha çox insanın iştirakına icazə verilməsini istərdilər. Zənnimizcə, tədbirlərdə iştirak edən insanların sayı gözləniləndən az olmalıdır. Çox ehtimal, onların sayı min nəfər yox, yüz nəfər olacaq”, - deyə A. Veriqa əlavə edib.
Qeyd edək ki, Litva hökuməti daha çox 30 may tarixindən etibarən karantin rejimi şərtlərinin yüngülləşməsini nəzərdə tutub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]