LİTVA PREZİDENTİ HAKİMİYYƏTDƏN KƏNARLAŞDIRILDI
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Litvanın 1991-ci ildə müstəqilliyə qovuşduğu vaxtdan bəri ölkədə ən ağır siyasi böhran aprelin 6-da Prezident Rolandas Paksasın hakimiyyətdən kənarlaşdırılması ilə sona yetdi. Litva Seymi prezidenti andı və Konstitusiyanı kobud şəkildə pozduğuna görə ona etimadsızlıq göstərilməsinə səs vermişdir. Bu qərarı, 85 səs lazım olduğu halda, 86 deputat dəstəkləmişdir.
Konstitusiyaya uyğun olaraq, səsvermənin yekunları açıqlandıqdan sonra Paksas prezident səlahiyyətlərindən avtomatik surətdə məhrum edilmişdir. Lakin, Konstitusiyaya əsasən, o, iki aydan sonra keçiriləcək vaxtındanəvvəl prezident seçkilərində öz namizədliyini yenidən irəli sürmək hüququna malikdir.
Seymin elə həmin iclasda qəbul etdiyi qərara uyğun olaraq, yeni dövlət başçısı seçilənədək Litva Respublikasının prezidenti vəzifəsini parlamentin sədri Arturas Paulauskas yerinə yetirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]