Litvada Almaniyanın “Leopard 2 A8” tankları istehsal olunacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Litvanın Müdafiə Nazirliyi, respublikanın EPSO-G dövlət enerji holdinqi və Almaniyanın “KNDS Deutschland” və “Rheinmetal Landsysteme” şirkətləri “Leopard 2 A8” tanklarının istehsalı və texniki xidməti üçün infrastrukturun inkişafı sahəsində sənaye əməkdaşlığı haqqında anlaşma memorandumu imzalayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Tankların mümkün qədər tez çatdırılmasının təmin olunması və müdafiə sənayesinin potensialının inkişafı üçün ölkədə “Leopard 2 A8” tanklarının yığılması barədə razılıq əldə edilib. Gələcəkdə zavodun Litvada yerləşən alman briqadasına xidmət göstərəcəyi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Litvanın müdafiə naziri Robertas Kaunasın sözlərinə görə, bu müqavilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində atılan mühüm addımdır. Tarixdə ilk dəfə olaraq Litvada NATO standartlarına cavab verən ən müasir döyüş texnikaları istehsal olunacaq və yaradılan infrastruktur onların uzunmüddətli texniki hazırlığını təmin edəcək.
Qeyd edək ki, Kaunas Azad İqtisadi Zonasında qurulacaq zavodda ilk tankların 2028-ci ilin əvvəlində konveyerdən çıxacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]