Litvada ictimai iaşə müəssisələrində maska taxmamaq icazəsinə yenidən baxıla bilər
Vilnüs, 21 avqust, AZƏRTAC
Litvada maska taxmaqla bağlı qaydalara yenidən baxıla bilər. Yeni qaydaların ictimai iaşə müəssisələrinə də şamil olunacağı gözlənilir.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Litva Səhiyyə naziri Aureliyus Veriqa söyləyib.
Nazir bildirib ki, bu xüsusda yerli epidemioloqlarla söhbət edərkən digər ölkələrdən müsbət nümunələri müzakirə edib. Qeyd edib ki, həmin ölkələrdə insanlar yemək gətirilənə qədər maskada olurlar. Bizdə isə yaranmış imkandan sui-istifadə halları müşahidə edilir.
“Görünür, bizdə heç də bütün hallarda qaydalara riayət olunmur və onlara lazımi diqqət yetirilmir. Buna misal olaraq masalar arasında ara məsafəsinin saxlanılmasına dəqiqliklə riayət olunub-olunmaması qaydasını çəkə bilərik”, - deyə Litvanın Səhiyyə naziri əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]
Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]