Litvada məskunlaşmış əfqanıstanlı tərcüməçilərə daimi yaşayış icazəsi verilib
Vilnüs, 19 oktyabr, AZƏRTAC
Litvanın Raseynyay əyalətində məskunlaşmış əfqanıstanlı tərcüməçilərə və onların ailə üzvlərinə ölkədə daimi yaşamaq icazəsi verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Litvanın Raseynyay əyalətinin meri Andriyus Bautronis özünün feysbuk səhifəsində yazıb.
Şəhər meri bildirib ki, sentyabr ayının sonunda Miqrasiya Departamenti litvalı hərbçilərə yardım etmiş əfqanıstanlı tərcüməçilərə və onların ailə üzvlərinə siyasi sığınacağın verilməsi barədə qərar qəbul edib. Onlar Raseynyay əyalətində inteqrasiya proqramından istifadə edə, maaş ala və işə başlaya bilərlər.
Xatırladaq ki, əvvəllər Litva hərbçilərinə yardım etmiş 34 əfqanıstanlı tərcüməçi və onların ailə üzvləri Litvaya avqust ayında - Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra beş gün ərzində on litvalı hərbçi və bir qadın diplomatın köməkliyi ilə gətirilib.
Qeyd edək ki, 2002-2021-ci illərdə Əfqanıstanda 5 min litvalı hərbi qulluqçu xidmət edib. Litvalı əsgərlər ABŞ-ın rəhbərlik etdiyi “Sarsılmaz azadlıq” əməliyyatında iştirak etmiş, həmçinin NATO-nun iki əsas əməliyyatını - “Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri” (2002-2014-cü illər) və “Qətiyyətli Dəstək” (2015-2021-ci illər) əməliyyatlarını həyata keçiriblər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]