Litvanın Daxili İşlər naziri: Koronavirusla bağlı ölkələrə giriş şərtləri eyni olmalıdır
Vilnüs, 19 avqust, AZƏRTAC
Hər yerdə vəziyyət dəyişir, buna görə də koronavirusun geniş yayıldığı və ya az yayıldığı ölkələrin siyahısını hazırlamaq elə də böyük əhəmiyyət kəsb etmir. Hər bir ölkə üçün giriş şərtləri eyni olmalıdır.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Rita Tamaşunene söyləyib.
Nazir bildirib ki, hər 100 min nəfər əhaliyə düşən yoluxma sayı 25-dən çox olan ölkələrin vətəndaşları Litvaya gəlməzdən 72 saat əvvəl COVID-19 testi verməlidirlər. Üçüncü ölkədən olan əcnəbi vətəndaşların hökumətin müəyyənləşdirdiyi istisnalar xaricində Litvaya girişinə əvvəlki kimi icazə verilməyəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]