Liviya gündəlik neft hasilatını artırmağa çalışır
Bakı, 10 iyun, AZƏRTAC
Liviyanın Baş naziri Əbdül Həmid Dbeyba neft hasilatını artırmaq üçün bütün dövlət qurumlarının səylərini birləşdirməyin vacibliyini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Liviya hökumətinin bəyanatına görə, Baş nazir bu sözləri Liviya Milli Neft Korporasiyasının sədri Fərhat Benqdara ilə görüşündə deyib. Neft hasilatını artırmaq üçün Dbeyba özəl neft sektoru dəstəkləmək və Liviya işçilərinin səmərəliliyini artırmaq üçün göstərişlər verib.
Görüş zamanı Benqdara Milli Neft Korporasiyasının gələn ilin sonunadək hasilatı sutkada 2 milyon barelə çatdırmağı qarşısına məqsəd qoyduğunu təsdiqləyib.
Ən son məlumata görə, şirkətin gündəlik neft hasilatı 1 milyon 250 min 775 barel təşkil edir.
Qeyd edək ki, neft və qaz ixracı Liviyanın əsas gəlir mənbəyidir. Bununla belə, sektor son illərdə daxili münaqişələr və siyasi qeyri-sabitlik səbəbindən uğursuzluqlarla üzləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]