Liviya parlamenti Baş nazir Fəthi Başaqanı vəzifədən kənarlaşdırıb
Bakı, 16 may, AZƏRTAC
Liviyanın Nümayəndələr palatası (daimi parlament) özünün seçdiyi Baş nazir Fəthi Başaqanın vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib və hökumət başçısının səlahiyyətlərini icra etməyi maliyyə nazirinə tapşırıb.
AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, parlament, həmçinin hökumət başçısına qarşı təhqiqatın aparılmasını dəstəkləyib.
Nümayəndələr palatası bu gün hökumət başçısının uğursuzluğunu, vəzifədən sui-istifadə etməsini və vədlərin yerinə yetirilməməsini müzakirə etmək və qanun pozuntularının təhqiqi üzrə komitəni formalaşdırmaq üçün bir araya gəlib.
Bir müddət öncə Fəthi Başaqa nümayəndələr palatasına məktub göndərərək öz səlahiyyətlərini müavini Əli əl-Katraniyə ötürdüyünü bildirmişdi.
Hazırda Liviyada iki hökumət mövcuddur. Ölkənin şərqində parlamentin dəstəklədiyi və Fəthi Başaqanın rəhbərlik etdiyi Nazirlər Kabineti və Tripolidə Əbdül Həmid Dbeybənin rəhbərliyi altında Milli Barışıq Hökuməti fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]