Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 6 minə yüksəlib
Bakı, 13 sentyabr, AZƏRTAC
Son məlumata görə, Liviyada baş verən daşqınlar nəticəsində ölənlərin sayı 6 minə çatıb, minlərlə insan itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin nümayəndəsi Səadəddin Abdulvəkil Anadolu agentliyinə bildirib.
BMT-nin məlumatına əsasən, daşqınlardan ən çox zərər çəkən Derna şəhərində 30 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət təkcə Derna şəhərində 5 min 300 nəfərin həyatına son qoyub və minlərlə insanın itkin düşməsinə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]