LONDONDA BTC LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ÜÇÜN KREDİTİN AYRILMASI HAQQINDA SAZİŞ İMZALANACAQ
Gözlənildiyinə görə, kreditlər 8 il müddətinə buraxılacaqdır. Natiq Əliyev bu vəsaitin hansı şərtlərlə ayrıldığını açıqlamamış, yalnız onu qeyd etmişdir ki, vəsait illik 7-8 faizlə veriləcəkdir.
AZƏRTAC-ın bundan əvvəl xəbər verdiyi kimi, BTC boru kəməri layihəsinin gerçəkləşdirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası hərəyə 250 milyon ABŞ dolları məbləğində kredit ayırmağı qərara almışlar.