Londonda təcili yardım maşınlarına hücumla bağlı iki nəfər saxlanılıb
London, 25 mart, AZƏRTAC
Londonun Qolders Qrin ərazisində yəhudi icmasına məxsus könüllülər tərəfindən idarə olunan təcili yardım maşınlarına qarşı törədilmiş yanğın hücumu ilə bağlı iki nəfər saxlanılıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, London Metropoliten Polisi bu gün səhər saatlarında 47 və 45 yaşlı, Britaniya vətəndaşı olan iki kişini həyat üçün təhlükə yaratmaq məqsədilə qəsdən yanğın törətmək şübhəsi ilə saxlayıb.
Saxlanılan şəxslər bazar ertəsi gecə saatlarında Londonun şimalında baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində müəyyən edilib. Bildirilir ki, gecə saat 01:35 radələrində Qolders Qrin ərazisində fəaliyyət göstərən “Hatzola” könüllü təcili yardım xidmətinə məxsus dörd avtomobil yandırılıb.
Hər iki şəxs hazırda polis bölməsində nəzarət altında saxlanılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]