Los-Ancelesdə etirazçılar 23 mağazanı qarət ediblər
Bakı, 11 iyun, AZƏRTAC
Los-Ancelesdə ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etirazlar davam edir.
AZƏRTAC xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, aksiya iştirakçıları şəhərdə 23 pərakəndə satış müəssisəsini qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurublar.
Los-Anceles meri Karen Bass “Fox News” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında etirazçıların gecə saatlarında 23 mağazanı talan etdiklərini və şəxsi əmlaka ciddi ziyan vurduqlarını deyib. O, həmçinin şəhərin mərkəzindəki bir çox binanın hücuma məruz qaldığını, həmçinin vandalların divarları, yolları və abidələri boyalarla rənglədiyini bildirib.
Los-Anceles Mərkəzi Şəhər Assosiasiyasının baş direktoru Nella Makoskerin sözlərinə görə, müəssisələrə dəyən zərərin milyonlarla dollar olduğu təxmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]