Lüksemburqda son sutkada 700 yeni yoluxma qeydə alınıb
Lüksemburq, 13 noyabr, AZƏRTAC
Lüksemburqda COVID-19 epidemiyası qurbanlarının sayı 211-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, ölkədə son sutkada koronavirusa 700 yeni yoluxma qeydə alınıb. Qeyd edilib ki, ölkədə 11 432 test aparılıb. Xəstəxanalarda 193, reanimasiya şöbəsində isə 39 ağır vəziyyətdə koronavirus xəstəsi var.
Bu gün Lüksemburq Nazirlər Şurasının iclası keçiriləcək və ölkədə vəziyyət müzakirə olunacaq. səhiyyə naziri parlamentdə çıxışında bu il COVID-19 virusu əleyhinə peyvənd olmayacağını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]