Luvr muzeyinin Apollon qalereyası qarətdən doqquz ay sonra yenidən açılır
Paris, 21 iyul, AZƏRTAC
Fransanın Luvr muzeyində yerləşən məşhur Apollon qalereyası ziyarətçilər üçün iyulun 22-də yenidən açılacaq. Fransız mediasının məlumatına görə, qalereya hələlik öz kolleksiyaları və qiymətli eksponatları olmadan fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu açılış 2025-ci il oktyabrın 19-da baş vermiş qarətdən təxminən doqquz ay sonraya təsadüf edir. Həmin hadisə zamanı Fransa tacına məxsus səkkiz qiymətli daş oğurlanmışdı. Onların ümumi dəyərinin təxminən 88 milyon avro olduğu bildirilir.
Hadisə zamanı bir qrup şəxs gündüz saatlarında yük qaldırıcı platforması olan yük maşınından istifadə edərək qalereyaya daxil olmuş və tac kolleksiyasına aid səkkiz zinət əşyasını aparmışdı. Oğurlanan əşyalar hələ də tapılmayıb.
Baş verən hadisədən sonra Luvr rəhbərliyi qalan qiymətli eksponatların saxlanılması üçün daha təhlükəsiz yeni bir zalın yaradılmasını planlaşdırır.
Apollon qalereyası Luvrun ən məşhur məkanlarından biri hesab olunur. 15 metr hündürlüyündə tavanı olan bu möhtəşəm zal Fransa kralı XIV Lüdovikin göstərişi ilə inşa etdirilib.
Qeyd edək ki, ildə təxminən 9 milyon ziyarətçi qəbul edən Luvr dünyanın ən böyük muzeyi sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]