Madriddə altımərtəbəli binanın uçması nəticəsində dörd nəfər həlak olub
Bakı, 8 oktyabr, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə hotel kimi istifadə olunması üçün yenidənqurma işlərinin aparıldığı altımərtəbəli binanın uçması nəticəsində dörd nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Madridin meri Xose Luis Almeydanın sözlərinə görə, hadisə nəticəsində tikintidə işləyən üç nəfər - Ekvador, Mali və Qvineyadan olan miqrantlar, həmçinin layihənin baş memarı həlak olub. Cəsədlər hadisədən təxminən 15 saat sonra axtarış-xilasetmə əməliyyatı zamanı aşkarlanıb.
Şəhərin tikinti obyektləri üzrə reyestrinə əsasən, 1965-ci ildə inşa edilən bina 2012-ci və 2022-ci illərdə texniki baxışdan keçib və hər iki halda onun texniki vəziyyəti qənaətbəxş hesab olunmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]