Magistraturaya sənəd qəbulu davam edir: 3 mindən çox bakalavr ərizəsini təsdiqlədib
Bakı, 11 fevral, AZƏRTAC
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Bu gün saat 10:30-a olan məlumata görə, 3399 bakalavr (Azərbaycan bölməsi - 3061, rus bölməsi - 338) ərizəsini təsdiqlədib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]