Mahmud Abbas və Netanyahunun Sülh Sammitində iştirakı gözlənilir
Bakı, 13 oktyabr, AZƏRTAC
İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas Qəzza sektorunda atəşkəs elan edilməsi münasibətilə təşkil olunan Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
“Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu Sülh Sammitində iştirak edəcəklər. Onların iştirakı Qəzzada müharibənin dayandırılması ilə bağlı razılaşmanı möhkəmləndirəcək”, - deyə Prezident ofisinin sosial şəbəkədə dərc edilmiş bəyanatda bildirilir.
Benyamin Netanyahu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı onu Sülh Sammitində iştirak edəcəyi barədə məlumatlandırıb.
İsrail mediası da öz növbəsində yazıb ki, Baş nazir ABŞ Prezidenti Donald Trampla birlikdə Şarm əl-Şeyx səfərinə qatıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]