Maksim Medvedev Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçudur
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçunun adı açıqlanıb.
AZƏRTAC PFL-in saytına istinadla xəbər verir ki, Maksim Medvedev “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.
Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın oyunçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş” və “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.
Top “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.
Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız M.Medvedev indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]