Malayziya hökuməti sərhədləri avqustun sonunadək açmayacaq
Tokio, 15 iyun, AZƏRTAC
Malayziya hökuməti koronavirusla əlaqədar vəziyyətin sabitləşməsinə və məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılmasına baxmayaraq, sərhədləri kütləvi səfərlər üçün avqustun sonunadək açmayacaq.
AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, bu barədə Malayziyanın Müdafiə naziri İsmail Sabri Yakob məlumat verib.
Nazir deyib: “Sərhədlər avqustun 31-dək - ictimai fəaliyyətin mərhələlərlə bərpasının tam başa çatdırılmasınadək açılmayacaq. Yerli sakinlər ölkəni tərk etmək üçün ciddi əsas təqdim etməlidirlər”.
Nazir bildirib ki, belə şəxslər siyahısına xaricdə təhsil alan tələbələr daxil edilə bilərlər. Bununla yanaşı, hətta Olimpiya Oyunlarında iştirak üçün lisenziya turnirinə qatılmaq istəyən idmançılara bu icazə verilməyəcək.
Əcnəbilərə gəlincə isə, nazir deyib ki, diplomatlar və “Malayziya mənim ikinci evimdir” immiqrasiya proqramının iştirakçıları bu icazədən istifadə edə bilərlər.
Qeyd edək ki, Malayziya hökuməti koronavirus pandemiyasına görə martın 18-dən tətbiq edilən məhdudiyyətlərin əksəriyyətini iyunun 10-da aradan qaldırıb.
Əlavə olaraq bildirək ki, son məlumatlara görə Malayziyada koronavirusa yoluxanların ümumi sayı 8453 nəfər təşkil edib. Onlardan 7346 nəfəri sağalıb, 121 nəfər isə həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]