Malayziya və ABŞ yarımkeçiricilərin birgə istehsalı ilə bağlı gələn il memorandum imzalayacaqlar
Tokio, 18 noyabr, AZƏRTAC
Malayziya və ABŞ yarımkeçiricilərin birgə istehsalı ilə bağlı 2022-ci ilin əvvəllərində memorandum imzalamağı planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 18-də BERNAMA agentliyi Malayziyanın beynəlxalq ticarət və sənaye naziri Mohammed Azmin Ali ilə ABŞ-ın ticarət naziri Cin Raymondonun birgə bəyanatına istinadla məlumat yayıb.
Həmin bəyanatdan sitat gətirən agentlik yazır: “Malayziyanın yarımkeçiricilər, elektronika, səhiyyə və digər zəruri əmtəələrin qlobal zəncirində mühüm rolunu nəzərə alaraq, bu bəyanat ölkələrimizin və bütün dünya iqtisadiyyatının qarşılaşdığı tədarük zəncirində cari və uzunmüddətli problemlərin həlli istiqamətində ilk mühüm addım hesab edilə bilər”.
Qeyd edək ki, həmin bəyanat noyabrın 18-də tərəflər arasında Kuala Lumpurda keçirilən görüşün nəticəsi olaraq dərc edilib.
BERNAMA agentliyinin bildirdiyinə görə, tərəflər istehsal və tədarük sahəsində şəffaflığın və qarşılıqlı inamın inkişaf etdirilməsi barədə də razılığa gəliblər.
Həmçinin memorandumun detalları ilə əlaqədar tərəflər arasında danışıqların yaxın zamanda başlayacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]