MALİYYƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ HİNDİSTANDA SƏFƏRDƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Hindistanın maliyyə naziri Çidambaram Palanyappanın dəvəti ilə yanvarın 8-dən bu ölkədə rəsmi səfərdədir. Yanvarın 13-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Hindistanın Maliyyə Nazirliyində və bir sıra digər dövlət, hökumət orqanlarında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair görüşlər və müzakirələr keçirəcəkdir. Eyni zamanda, iki ölkə arasında gəlir və əmlaka münasibətdə ikiqat vergiqoymanın və vergilərdən yayınmanın qarşısının alınmasına dair Konvensiyanın tezliklə imzalanmasının razılaşdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]