Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb
Kiyev, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb. Sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.
Sammitdə Qərb və Qlobal Cənub ölkələrinin xarici siyasət və milli təhlükəsizlik üzrə müşavirləri iştirak edir.
Yermak qeyd edir ki, üçüncü sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.
“Bu planlar müxtəlif ölkələrin səfirliklərinin təmsilçilərinin, eləcə də beynəlxalq ekspertlərin daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb”, - deyə Andrey Yermak yazıb.
Xatırladaq ki, bundan əvvəlki iki görüş Kopenhagendə və Ciddədə keçirilib. O vaxt Ukrayna təkcə birbaşa tərəfdaşları və müttəfiqləri deyil, həm də Ukraynaya dair neytral mövqe tutan Qlobal Cənub ölkələrinin təmsilçilərini cəlb etməyə müvəffəq olmuşdu.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]