“Mançester Siti”-“Lion” oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Bakı, 16 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA “Mançester Siti” (İngiltərə)-“Lion” (Fransa) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu ada parislilərin hücumçusu Musa Dembele layiq görülüb. İyirmi dörd yaşlı forvard 3:1 hesablı qələbədə 75-ci dəqiqə meydanda çıxan futbolçu, iki qolla yadda qalıb.
Xatırladaq ki, fransızlar növbəti mərhələdə Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.
Digər yarımfinal görüşündə isə “Paris Sen-Jemen” (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları üz-üzə gələcək. Görüşlər avqustun 18-19-da təşkil olunacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.