MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
Mərkəzi Afrika Respublikasının (MAR) sabiq prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbs cəzasına və katorqa işlərinə məhkum edilib.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, MAR məhkəməsi sabiq prezidenti sui-qəsddə və qiyamda təqsirkar bilib.
Dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Fransua Bozize 2003-cü ilin baharından devrildiyi 2013-cü ilin martınadək prezident postunu tutmuşdu. 2020-ci ilin dekabrında qiyamçı “Dəyişikliklər uğrunda vətənpərvərlər koalisiyası”na rəhbərlik edən sabiq dövlət başçısı yenidən hakimiyyəti ələ keçirməyə cəhd göstərmiş, lakin məğlubiyyətə uğrayaq ölkədən qaçmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]