“MARAŞ” VƏ “ANTEP” YENİ PAMBIQ SORTLARIDIR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il ilk dəfə olaraq, sahələrə “Maraş” və “Antep” adlı yeni pambıq sortları əkiləcəkdir. Həmin sortlar üçillik sınaqlardan sonra bu ilin fevralında Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının müvafiq qərarı ilə rayonlaşdırılmışdır.
“Maraş” və “Antep” Qarabağın aran zonasında əkiləcəkdir.