Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mart soyqırımı erməni-daşnak qüvvələrinin təcavüzkar siyasətinin məntiqi nəticəsi idi – Tarixçi-alim

Mart soyqırımı erməni-daşnak qüvvələrinin təcavüzkar siyasətinin məntiqi nəticəsi idi – Tarixçi-alim

Bakı, 31 mart, AZƏRTAC

1918-ci il martın sonlarında erməni-daşnak və ifrat bolşevik qüvvələrinin Bakı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı bu qüvvələrin uzun illərdən bəri izlədikləri təcavüzkar siyasətin məntiqi nəticəsi idi. Həmin təcavüzkar siyasətin mərkəzində erməni millətçi qüvvələrinin vətən axtarışı dayanırdı.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun 1918-ci ilin Mart soyqırımının hərbi-siyasi aspektləri ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Erməni kilsəsi tərəfindən ilhamlandırılan, məqsədləri xatirinə böyük dövlətlər tərəfindən himayə və təhrik olunan erməni millətçiləri XIX əsrin sonlarından başlayaraq əvvəlcə Osmanlı Türkiyəsi ərazisində, sonra da Cənubi Qafqazda kifayət qədər fəallaşmağa başladılar. Qarşılarına qoyduqları təcavüzkar məqsədə nail olmaq üçün erməni millətçiləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixədək iki dəfə Türkiyə (1895-97, 1915-ci illərdə), iki dəfə də Azərbaycan ərazilərində (1905-07, 1918-ci illərdə) yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər. İstər Türkiyənin “erməni vilayətləri” adlanan vilayətlərində, istərsə də Cənubi Qafqazın quberniyalarının heç birində etnik çoxluğa malik olmayan erməni millətçiləri özlərinə vətən yaratmağın ən “etibarlı” yolunu Osmanlı türklərini, o cümlədən Azərbaycan türklərini qırğınlara məruz qoymaqla onların yaşadıqları ərazilərin erməniləşdirilməsində görürdülər və bunun üçün onlar ən təcavüzkar vasitələrə də əl atırdılar.

Bu vasitələrdən biri millətçi-terror və qanunsuz silahlı dəstələrin formalaşdırılması idi. Mövcud məlumatlara görə, 1905-1907-ci illərdə daşnak silahlı qüvvələrinin üzvlərinin sayı 100 minə çatdırılmışdı. Bu qüvvələrin tərkibində xeyli sayda Türkiyə erməniləri var idi. Xüsusilə, Gəncədə və Bakıda daşnak hərbi qüvvələrinin güclü şəbəkəsi vardı. 1905-1906-cı ildə Gəncədə, Bakıda və Azərbaycanın digər məntəqələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınların törədilməsi də bu şəbəkənin fəaliyyətinin dəhşətli nəticələri idi.

Birinci Dünya müharibəsi ərəfəsində Cənubi Qafqazda yeni erməni silahlı dəstələrinin təşkili əlavə bir vüsət aldı. Bunun üçün Rusiya çarından lazımi icazəni də almaq mümkün oldu. 1917-ci ilin fevralında Rusiyada baş verən hakimiyyət dəyişikliyindən sonra erməni millətçiləri milli korpusun yaradılması barədə məsələ qaldırdılar və həmin il noyabrın 19-da belə korpusun yaradılmasına rəsmi icazə alındı. Bundan əlavə, Türkiyə erməniləri də Rusiya qoşunlarının Türkiyə cəbhəsindən geri çəkilməsindən sonra Qafqaza axışaraq erməni hərbi hissələrinin tərkibinə qatıldılar. Cənubi Qafqaza toplaşan və gündən-günə genişlənməkdə olan bu hərbi qüvvələr Türkiyə ərazisində əldə edə bilmədikləri "vətəni" Cənubi Qafqazda, Azərbaycan ərazilərində yaratmaq üçün öz silahlarını da azərbaycanlı əhaliyə qarşı çevirdilər.

Bir tərəfdən Bakıda və onun ətrafında olan ermənilərin səfərbər edilməsi, digər tərəfdən də Rusiya ordusu tərkibində Osmanlı cəbhəsindən tərxis edilmiş erməni əsgərlərinin də cəlb olunması nəticəsində 1918-ci ilin mart qırğınları ərəfəsində Bakıda xeyli sayda erməni-daşnak qüvvəsi toplanmışdı. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın məlumatına görə, onların sayı 3-4 min nəfər idi. Bu qüvvələrdən başqa Stepan Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin nəzarəti altında Qırmızı qvardiya da təşkil edilmişdi. Bu qvardiyanın tərkibinin böyük hissəsini də erməni silahlıları təşkil edirdilər.

Hadisələrin şahidləri də bildirirdilər ki, mart qırğınlarının törədilməsinə hazırlıq xeyli əvvəldən başlanmışdı. Bakı şəhər sakini Aleksandr Naumoviç Kvasnik xatırlayırdı ki, hələ 1918-ci ilin əvvəllərində şəhərin azərbaycanlı əhalisinə qarşı qırğınların həyata keçiriləcəyi haqqında söhbətlər dolaşırdı. Şəhər əhalisinin müəyyən hissəsi üçün belə söhbətlər anlaşıqlı olmasa da, bir müddətdən sonra onun mümkünlüyünün əlamətləri görünməyə başladı.

A.Kvasnikə görə, S.Şaumyan, Avakyan, Korqanyan və digər bolşeviklər öz fəaliyyətlərini Bakıda genişləndirdikdən sonra şəhərdə vəziyyət mürəkkəbləşməyə başladı. A.Kvasnikin fikrincə, şəhər erməniləri isə əksinə, yaranmış vəziyyətdən sevindilər və onlar ümid edirdilər ki, Şaumyan kimilərinin rəhbərliyi ilə onlar müsəlman əhalini sıxışdırmaqla Bakını və digər məntəqələri nəzarət altına ala biləcəklər. Ona görə A.Kvasnik mart qırğınlarını Bakıda və digər məntəqələrdə müsəlman əhalini qırmaqla onların bütün əmlakının ələ keçirilməsi üçün ermənilərin müsəlman əhaliyə qarşı tətbiq etdiyi qəsd kimi qiymətləndirirdi. Bakıya şəriksiz sahib olmaq istəyini əslində, S.Şaumyan da gizlətmirdi. O bildirirdi ki, biz əlimizə düşən bəhanədən istifadə etdik və bütün cəbhəboyu hücuma başladıq.

Martın 30-da axşamdan xeyli keçmiş bütün şəhər qaynar qazana çevrildi. Bakı Sovetinin silahlı dəstələri və erməni silahlıları “İsmailiyyə”ni və İçərişəhəri mühasirəyə alaraq oradakı özlərini müdafiə etməyə çalışan şəhər sakinlərini susdurmağa başladılar. Bu dəstələrdən biri Dənizkənarı bulvar boyunca mövqelər tutub İçərişəhəri hədəfə aldı. Başqa bir çevik dəstə isə öz yerdəyişmələri ilə İçərişəhərdə mövqe tutmuş Azərbaycan qüvvələrinin diqqətini özünə cəlb etməklə “İsmailiyyə” və Qoşa Qala qapısı yaxınlığında vuruşan qvardiyaçıların işini yüngülləşdirməli idi. Burada isə “Metropol” mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyinin) damında və onunla Qoşa Qala darvazaları arasındakı binanın damında ermənilərin pulemyotları qurulmuşdu. Bu pulemyotlar “İsmailiyyə” binasını və İçərişəhərdə olan atəş mövqelərini hədəfə almışdılar.

Erməni-daşnak silahlıları ən amansız şəkildə şəhərin müsəlman əhalisini qırıb-çatmaqda davam edirdi. Onlar kimsəyə rəhm etmir, qaçan qoca və qadınları və uşaqları da güllələyirdilər. Bu adamlar məhəllə-məhəllə gəzib həm evləri, həm də idarələrin əşyalarını talan edir, qarşılarına çıxanları süngüdən keçirirdilər. Erməni cəlladları, hətta bolşevik olan azərbaycanlılara da rəhm etmirdilər. Bildirirdilər ki, kimliyindən asılı olmayaraq, hansı əqidəyə və hansı partiyaya məxsus olmasına baxmayaraq, azərbaycanlı olan məhv edilməlidir. Onlar İrandan gəlmiş fars tacirlərini də müsəlman olduğu üçün öldürürdülər. Bir neçə gün ərzində şəhərin azərbaycanlı hissəsini viranəyə çevirib əhaliyə sonsuz divan tutan erməni-daşnak dəstələrinə Stepan Lalayev, Xristofor Dildarov, Dövlətov, Ambarum Melikov və s. kimi insani keyfiyyətlərini itirmiş cəlladlar rəhbərlik edirdilər. Əllərinə düşmüş fürsətdən ifrat bolşevik və daşnak ünsürləri elə məharətlə istifadə etdilər ki, nail olduqları nəticələrə özləri də sevinclərini gizlədə bilmirdilər. S.Şaumyan fəxrlə bildirirdi ki, əldə olunmuş qələbə o qədər böyükdür ki, baş verənləri də kölgədə qoyur. Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda isə S.Şaumyan erməni-daşnak qüvvələrinin Bakıda sonsuz qırğın törətdiyinə öz münasibətini belə bildirirdi: “... Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik”.

Bir neçə gün ərzində Bakıda minlərlə azərbaycanlı öldürüldü. Onların dəqiq sayı barədə göstərilən rəqəmlər bir-birindən xeyli fərqlənir. Bundan əlavə, şəhər əhalisinin 400 milyon manatlıq daş-qaş əmlakı oğurlanmışdı, xeyli sayda ictimai və şəxsi binalar dağıdılıb yandırılmışdı.

Həyata keçirilən bu qırğınlardan sonra S.Şaumyan və onun ətrafına toplaşmış olan ermənilər Bakıda bolşevik-daşnak diktaturası qurmaqla şəriksiz hakimiyyətə sahib oldular. Bununla da bolşeviklər və daşnaklar tərəfindən qarşıya qoyulmuş ilkin vəzifə yerinə yetirilmiş oldu. Amma onlar bununla da kifayətlənmirdilər və daha böyük iddialar irəli sürürdülər - Azərbaycanın milli qüvvələrini bütünlüklə məhv etmək və sonra da bolşevik-daşnak hakimiyyətini bütün Azərbaycan ərazisinə yaymaq. Bakı qırğınlarından dərhal sonra həmin iddiaların həyata keçirilməsi üçün əməli addımlar atıldı. Əldə edilmiş münasib fürsətdən istifadə edərək bolşevik-daşnak silahlıları Şamaxıda və Quba qəzasında minlərlə azərbaycanlını qətlə yetirdilər. Bu kütləvi qırğınlar Qarabağda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər qəzalarında da davam etdirildi.

Yalnız Azərbaycanın öz müstəqilliyini elan etməsi və qardaş Türkiyədən hərbi köməyin gəlməsi xalqımızı kütləvi qırğınlardan qurtardı. Ardınca isə Azərbaycanın milli hökuməti ölkənin ərazi bütövlüyünü təmin etdi və Şərqdə ilk demokratik dövlət quruculuğunun tarixi təcrübəsini yaratdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransda çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr