Martın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 6-11° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 10-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 13-də Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, martın 14-də və 15-də atmosfer təzyiqinin təzadlı tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişsizdir.