Martın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava yağmursuz keçəcəkdir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperaturun gecə 2-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa,
Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2° -dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4° -dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuzkeçəcəkdir. Arabir duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3° -dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-5° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 20-dən 22-dək Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohassas insanlar üçün əsasən əlverişlidir.