CƏMİYYƏT
Martın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-4° isti, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Arabir zəif duman olacaqdır. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Arabir duman olacaqdır. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır. Lakin axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır. Lakin axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.