Masallı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları veteran idmançılara ərzaq bağlamaları paylayıblar
Masallı, 16 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprel 16-da Masallı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əməl etməklə yaşı 65-dən yuxarı olan veteran idmançılara baş çəkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Biz birlikdə güclüyük” devizi ilə keçirilən aksiya qoşulan İdarənin əməkdaşları idman veteranlarının qayğıları və sağlamlığı ilə maraqlanıb, onlara ərzaq bağlamaları paylayıblar.
Rayonun veteran idmançıları koronavirus infeksiyasının bütün dünyanı ağuşuna aldığı bu çətin günlərdə onları yad edən aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.