Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb
Masallı, 21 yanvar, AZƏRTAC
2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib, 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.
Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən X.Zahidov, əvvəllər məhkum olunmuş Z.Hüseynzadə və A.Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:06]