MASALLIDA İMƏCİLİK KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yazın gəlişi ilə əlaqədar Masallıda keçirilən ilk iməcilikdə şəhər mədəniyyət və istirahət parkının ərazisində 300 ağac əkilmiş, abadlıq işləri aparılmışdır. İməcilikdə 500 nəfər iştirak etmişdir.
Rayonun ərazisində iməciliklərin hər gün keçirilməsi nəzərdə tutulmuşdur.