Masallıda Respublika Gününə həsr olunmuş “Bayraq” aksiyası keçirilib
Masallı, 26 may, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev və Şah İsmayıl Xətai parklarında gənclərin iştrakı ilə 28 May-Respublika Günü ilə əlaqədar “Bayraq” aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada gənc könüllülər fəal iştirak ediblər. Aksiya çərçivəsində şəhər sakinlərinə bayraqlar paylanılıb.