Masallıda şəhid və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib
Masallı, 15 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq “Evdə qal!” aksiyası çərçivəsində tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı və imtiyazlı ailələrə sosial yardımların paylanması davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Qadınlar Şurasının sədri Gülşən Xəlilovanın təşəbbüsü ilə xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla, şəhid və aztəminatlı ailələrə ərzaq yardımları paylanılıb.
Bu xeyirxah təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.