Mavritaniya sahillərində 110 miqrant xilas edilib
Qahirə, 3 iyun, AZƏRTAC
Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələri Nuakşot sahilləri yaxınlığında batma təhlükəsi ilə üzləşən qayıqdan 110 qanunsuz miqrantı təxliyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələrinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, miqrantları daşıyan qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən yola çıxıb. Qeyd olunur ki, qayığın mühərriki sahildən təxminən səkkiz dəniz mili məsafədə əlverişsiz hava şəraitində sıradan çıxıb. Nəticədə qayığın kapitanı təcili yardım çağırışı edib.
Xilas edilən şəxslər arasında 80 Mali, 12 Seneqal, 10 Qambiya, 4 Mavritaniya, 3 Kot-d’İvuar və bir Nigeriya vətəndaşı olub.
Sahil Mühafizəsi Qüvvələri bildirib ki, xilas olunan bütün miqrantlarla bağlı qüvvədə olan hüquqi və humanitar prosedurlara uyğun tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]