Mayda OPEC-in neft hasilatı azalıb
Bakı, 17 iyun, AZƏRTAC
May ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı aprel ayı ilə müqayisədə 6 milyon 300 min barrel azalaraq gündəlik 24 milyon 190 min barrelə enib. OPEC-in dünya neft hasilatındakı payı isə 26,9 faiz olub.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını artıran yeganə ölkə İran olub. İranda gündəlik istehsal 5 min barrel artaraq 1 milyon 978 min barrel təşkil edib.
Mayda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdə azalıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 3 milyon 160 min barrel geriləyərək 8 milyon 482 min barrel olub. BƏƏ-nin sutkalıq hasilatı 1 milyon 364 min barrel azalaraq 2 milyon 477 min barrelə enib. Küveytdə isə neft istehsalı 921 min barrel geriləyərək sutkada 2 milyon 198 min barrelə düşüb.
Keçən ay dünyadakı qazma qurğularının sayı aprellə müqayisədə 339 ədəd azalaraq 1335 olub. Həmin qurğuların 473-ü OPEC-ə üzv ölkələrdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]