Mayın 16-da Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb
Bakı, 16 may, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 324 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 86 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1396, bu günə qədər isə ümumilikdə 7 milyon 606 min 257 test icra olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]