Mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib.
Milli Hidrometeorologiya Xidmətinin AZƏRTAC-a verdiyi məlumata əsasən, düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 millimetr olub.
Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25, Naftalan, Daşkəsəndə 23, Ağstafada 22, Şəki, Xaçmaz, Ağdamda 20, Göyçayda 19, Gəncə, Qubada 18, Şabranda 16, Mingəçevir, Yevlaxda 15 metr/saniyə olub. Şimal-qərb küləyi Pirallahıda 30, Qum adası, Maştağada 28, Çilov adasında 27, Neft Daşlarında 24, Sumqayıt, Bakıda 22, Binədə 19, Zabratda 18 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Temperatur iqlim normasından 2.2° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31°, Aran rayonlarında 31-34°, dağlıq rayonlarda 22°-dək, Naxçıvan Muxtar Respublikasında 21-30° isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]