“MAYKROSOFT” KORPORASİYASININ BANİSİ BİLL GEYTS SON DƏFƏ İŞƏ ÇIXIR
AZƏRTAC xəbər verir ki, dünya kompyuter biznesinin kapitanı və planetin ən varlı adamı Bill Geyts əsasını qoyduğu “Maykrosoft” korporasiyasında iyunun 27-də son dəfə işə çıxmışdır. İyunun 30-dan o özünü bütünlüklə Bill və Melinda Geyts Fondunda xeyriyyəçilik fəaliyyətinə həsr edəcəkdir. Uğurlu sahibkarın tükənməz var-dövlətinin çox hissəsi həmin Fondun hesabına keçəcəkdir.
52 yaşlı Geyts indi var qüvvəsini yeni vaksinlərin işlənib hazırlanmasına və inkişaf etməkdə olan ölkələrdə həyat səviyyəsinin yaxşılaşdırılmasına dair layihələrin yaradılmasına sərf edəcəkdir. Buna baxmayaraq, o, “Maykrosoft”un Direktorlar Şurasının sədri vəzifəsində qalacaqdır, çünki həmin şirkətin 8,7 faizdən ibarət ən böyük aksiya paketi ona məxsusdur. Hazırda bu paketin bazar dəyəri təqribən 23 milyard dollardır.
Geyts ilk kompyuter proqramını 13 yaşında yazmışdır. Bu, Vaşinqton ştatının Seatle şəhərində onun təhsil aldığı məktəb üçün interaktiv cədvəl idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]