“MBASK” SIĞORTA ŞİRKƏTİ UDUŞLU LOTEREYA OYUNU KEÇİRMİŞDİR
“MBASK” Sığorta Şirkətinin satış departamentinin direktoru Vaqif Həsənov lotereya oyunun məqsədi və qaydaları haqqında məlumat verərək demişdir ki, xarici ölkələrə getmək üçün sığortalanan adamların 70 faizi bizim şirkətin müştəriləridir. Bü gün Azərbaycanda sığorta polisi alaraq, istirahətə, müalicəyə gedənlər bədbəxt hadisələrdən sığortalanır, ixtisaslı tibbi xidmətlə təmin olunurlar. Həmin imtiyazları və güzəştləri onlara sığorta polisi verir. Bu məqsədlə şirkətimiz “Travel İnsurance” adlı lotereya - sığorta polislərini buraxmışdır.
Marketinq şöbəsinin direktoru Fuad Səfiyev lotereyanın əhali arasında böyük maraq doğurduğunu və sığortanın bu növünə tələbatın daha da artdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, xarici ölkələrə gedənlərin sığortalanmasına istiqamətlənmiş mövcud lotereyaların oyunu 15 may 2006-cı ildən başlanmışdır. Sentyabrın 30-dək “MBASK” şirkəti 5861 sığorta polisi satmışdır.
Mədəniyyət və Turizm, Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən lotereya oyununun birinci mərhələsində sığortaçı Emin Cəfərov Avstriyanın Vyana şəhərinə ikinəfərlik “Yeni il səyahəti” uduşunun qalibi olmuşdur. Oyunun ikinci mərhələsində isə 5 nəfər qalibin hər biri 10 min manat məbləğində “Həyat sığortası”, 1 ədəd endirim kartı, “UniBank”dan 1 ədəd kredit kartı, “Rarfüm de Frans”dan 1 ədəd ətriyyat dəsti udmuşdur.