MDB İCRAİYYƏ KOMİTƏSİ GÜRCÜSTANIN BİRLİKDƏN ÇIXMASI PROSEDURU İLƏ MƏŞĞULDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 18-də Gürcüstan MDB-də qalmasının məqsədəuyğun olmaması ilə əlaqədar bu təşkilatdan çıxması barədə nota vermişdir.
MDB İcraiyyə Komitəsi mətbuat xidmətinin məlumatında deyilir ki, İcraiyyə Komitəsi Gürcüstanın MDB-dən çıxması proseduru ilə əlaqədar lazımi işlərə başlamışdır. MDB Nizamnaməsinin 9-cu bəndinə uyğun olaraq, dövlətin Birlikdən çıxmaq hüququ var. Bu niyyət barədə 12 ay əvvəldən məlumat verilir, eyni zamanda, dövlət Birliyin üzvü olduğu dövrdə üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirməlidir.
Məlumatda həmçinin bildirilir ki, İcraiyyə Komitəsi Gürcüstan XİN-in notasını bütün MDB ölkələrinə göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]