MDB ÖLKƏLƏRİ ARASINDA ƏN ETİBARLI SİSTEM
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İstanbulda Türkiyənin Mərkəzi Bankı və Beynəlxalq Hesablaşmalar Bankının dəstəyi ilə ödəniş sistemlərinə dair keçirilən və dünyanın 22 ölkəsinin Mərkəzi banklarının iştirak etdiyi regional konfransın iştirakçıları Azərbaycan Milli Bankının mövcud ödəniş sisteminin təqdimatından sonra bu qənaətə gəlmişlər.
Təqdimat mərasimində Milli Bankın mütəxəssisləri ölkəmizdə fəaliyyət göstərən və müasir tələblərə cavab verən ödəniş sistemləri və onun inkişaf istiqamətləri barədə həmkarlarına məlumat vermişlər.
Konfransın keçirilməsindən məqsəd regiondakı ödəniş sistemləri sahəsindəki islahatlarla bağlı təcrübə mübadiləsi aparmaq və mərkəzi bankların nümayəndələrini dünyada gedən ödəniş sistemlərinin inkişaf meylləri ilə tanış etmək olmuşdur.
Konfransda Almaniya, Fransa, İtaliya və digər ölkələrin mərkəzi banklarının nümayəndələrinin məlumatları dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]