MEDEF əməkdaşların yığım sisteminə yeni sosial ödənişlərin tətbiqinə qarşı çıxır
Paris, 9 sentyabr, AZƏRTAC
Fransa Müəssisələr Hərəkatı (MEDEF) əməkdaşların yığım sisteminə yeni sosial ödənişlərin tətbiqi ilə bağlı ehtimallara qarşı çıxıb. Təşkilat yaydığı açıqlamada hökuməti bu təklifləri “Sosial təminatın maliyyələşdirilməsi haqqında” növbəti qanun layihəsindən çıxarmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, MEDEF əməkdaşların yığım sisteminin kollektiv əməyin və əldə olunan uğurun nəticəsi olduğunu hesab edir. Təşkilata görə, vergi ödənişinin artırılması gəlirin bölüşdürülməsi məqsədlərinə zidd ola bilər. Müəssisələr üçün isə əlavə ödənişlərin əməkdaşların yığım mexanizmlərinin xərclərini artıracağı və şirkətlərin bu imkanları işçilərinə təqdim etmək qabiliyyətini məhdudlaşdıracağı bildirilir. MEDEF-in mövqeyinə görə, dəyərin daha ədalətli bölüşdürülməsinə çağırışla eyni vaxtda bu mexanizmlərin həm işçilər, həm də işəgötürənlər üçün daha az əlverişli hala gətirilməsi ziddiyyət təşkil edir.
Bu mövqe hökumətin “Sosial təminatın maliyyələşdirilməsi haqqında” növbəti qanun layihəsi üzərində işlədiyi bir vaxtda açıqlanıb. MEDEF sosial təminat sisteminin maliyyə vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini qəbul etsə də, bunun əmək gəlirlərinə və şirkətlərə yeni maliyyə yükü qoyulması hesabına deyil, davamlı islahatlar və dövlət xərclərinin səmərəliliyinin artırılması yolu ilə həyata keçirilməsini müdafiə edir.
Təşkilat, həmçinin müəssisələrdə gəlirin bölüşdürülməsi ilə bağlı razılaşmaların əldə olunması üçün aydın və sabit qaydaların vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]