Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Vətən müharibəsi iştirakçılarını təltif edib
Bakı, 9 mart, AZƏRTAC
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova MİHİ-nin xidmətində olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin əməkdaşlarını mükafatlandırıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, qurumun iki əməkdaşı - İkinci Qarabağ müharibəsi iştirakçıları Rüsif İbadov və İbiş Əbilbəyli fəxri fərmanla təltif edilib.