Media: ABŞ sığınacaq istəyən təxminən 100 iranlını deportasiya edib
Bakı, 30 sentyabr, AZƏRTAC
ABŞ hakimiyyəti Tehranla razılaşdırılmış şəkildə təxminən 100 İran vətəndaşını ölkələrinə deportasiya edib.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, həmin şəxslər bir neçə ay miqrasiya mərkəzlərində saxlanıldıqdan sonra ölkədən çıxarılmaları barədə qərar qəbul edilib. Deportasiya edilənlərin əksəriyyəti ABŞ-dan sığınacaq almaq istəyənlərdir. Bəziləri isə miqrasiya statusu ilə bağlı məhkəmə qərarını gözləmədən ölkədən çıxarılıb.
Nəşrin məlumatına görə, deportasiya edilən şəxsləri daşıyan təyyarə sentyabrın 29-da ABŞ-ı tərk edib.
Tehran İrana deportasiya edilən vətəndaşlara “sakit və təhlükəsiz qayıdış”, həmçinin onların “heç bir problem və nəticə ilə qarşılaşmayacaqları” barədə zəmanət verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir VİDEO
- 02.10.2026 [11:35]