Media: ABŞ Ukraynaya hücum silahlarının satışını istisna etmir
Bakı, 11 iyul, AZƏRTAC
Vaşinqton Ukraynaya yalnız müdafiə xarakterli deyil, həmçinin hücum təyinatlı silahların satışını həyata keçirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, burada söhbət ABŞ silahlarının NATO ölkələrinə satması və sonradan Ukraynaya ötürülməsi sxemindən gedir.
“Bu satışlar hava hücumundan müdafiə sistemləri ilə yanaşı, hücum silahlarını da əhatə edə bilər”, – deyə nəşrin həmsöhbətlərindən biri bildirib.
Qeyd edək ki, iyulun 1-də “Politico” nəşri ABŞ-ın Ukraynaya silah-sursat tədarükünü müvəqqəti dayandırdığını yazmışdı. Pentaqon bunu anbarlarda ehtiyatların azalması ilə izah etmişdi. Lakin iyulun 7-də Prezident Donald Tramp Ukraynaya əlavə silahların göndəriləcəyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]