Media: Brüssel “X” sosial şəbəkəsi ilə bağlı araşdırmanı uzadır
Bakı, 17 iyul, AZƏRTAC
Avropa İttifaqı ABŞ-la aparılan ticarət danışıqları fonunda İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsinə qarşı araşdırmanı dayandırıb.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Brüssel araşdırmanın nəticələrini yayda açıqlamalı idi, lakin bu müddət çox güman ki, uzanacaq. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, qərar Vaşinqton və Brüssel arasında aparılan ticarət danışıqlarının gedişindən asılıdır, çünki heç kim ABŞ Prezidenti Donald Trampı qıcıqlandırmaq və transatlantik ticarət münaqişələrini dərinləşdirmək istəmir.
Qeyd edək ki, Brüssel “X” sosial şəbəkəsinə qarşı araşdırmanı 2023-cü ilin dekabrında başlayıb. Avropa Komissiyası şirkəti rəqəmsal xidmətlər haqqında qanunu pozmaqda şübhəli bilir. Qanuna əsasən, internet platformaları Avropa İttifaqında qadağan olunmuş məzmunu məhkəmə qərarı olmadan silməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]