Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Media haqqında” qanun layihəsi komitələrin birgə iclasında ikinci oxunuşda müzakirə olunub

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir sıra media qurumlarının, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasın gündəliyinə iki məsələ daxil edilib. Əvvəlcə, “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə fəaliyyət göstərən müxtəlif kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin faydalı olacağını bildirib. Qeyd edilib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə olunub. Ötən dövrdə bir sıra media orqanları ilə işçi qaydasında görüşlər keçirilib. Eyni zamanda, parlamentdə komitə sədrləri və deputatlarla işçi qrupunun üzvləri arasında sənəd ətrafında fikir mübadiləsi aparılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, müzakirəyə çıxarılan qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək, strateji sənədlərin hazırlanması üçün hüquqi əsas yaradacaq. Qeyd olunub ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs də artıq onlayn-media subyekti kimi fiziki şəxsə çevrilir və onunla münasibətlər media subyektlərinə olan münasibətlər çərçivəsində tənzimlənəcək.

Komitə sədri blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir.

Zahid Oruc layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq.

Jurnalist birliklərinə qadağa qoyulması məsələsi ilə bağlı bildirilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə, peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.

Komitə sədri öz çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları da şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq, ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir. O, açıqlamasında internet televiziyalara dair, ağır cinayət əməlləri törədən, məhkumluğu olan şəxslərin media subyekti olmasına qoyulan qadağa ilə bağlı və bir sıra digər məsələlərə də aydınlıq gətirib. Zahid Oruc parlamentin layihə ilə əlaqədar daxil olan qeyd və təklifləri dəyərləndirməyə hazır olduğunu deyib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli Milli Məclis rəhbərliyinin, sədr Sahibə Qafarovanın bu məsələni diqqətdə saxladığını söyləyərək, parlamentin media ilə sıx münasibət qurduğunu, səmərəli müzakirələrin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

İclasda iştirak edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında “Media haqqında” qanun layihəsinin zamanın tələblərinə uyğun vacib sənəd olduğunu söyləyib. Onun sözlərinə görə, yeni qanun layihəsinin əsas üstünlüyü ondan ibarətdir ki, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlar vahid bazada birləşdirilib, mətbuat sahəsində indiyədək müşahidə olunan boşluqlar tam aradan qaldırılıb. Digər vacib məqama gəldikdə isə bu layihədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi, iqtisadi əsasları, kütləvi informasiyanın əldə edilməsi, istehsalı və yayımının ümumi qaydaları dəqiq şəkildə müəyyənləşdirilib.

Aslan Aslanov qeyd edib ki, qanun layihəsi ölkəmizdə son 20 ildə toplanmış təcrübəni, informasiya texnologiyalarının müasir səviyyəsini nəzərə almaqla hazırlanmış mükəmməl bir sənəddir. Qanunun qəbul olunması ölkəmizdə medianın inkişafına, mətbuat və söz azadlığına güclü təkan olmaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verəcək, jurnalist məsuliyyətinin artırılmasında xüsusi rol oynayacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qanun layihəsinin əhəmiyyətindən danışıb, sənədin medianın bütün sahələrini əhatə etdiyini deyib. Qeyd edib ki, ölkəmizdə KİV sahəsində qanunvericiliyə müxtəlif vaxtlarda edilmiş dəyişikliklər onun informasiya-kommunikasiya texnologiyalarına, xüsusən internetin intensiv tətbiqinə uyğunlaşdırılması məqsədi daşıyıb.

Onlayn iclasda deputatlardan Fazil Mustafa, Ekrin Qədirli, Elşad Mirbəşir oğlu, “Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz, “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, Real TV-nin baş direktoru Mirşahin Ağayev, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Group”un baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev, “Media” Təhlil Mərkəzinin nümayəndəsi Fərqan Novruzov, ATV-nin rəhbəri Azər Xəlilov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, İTV-nin baş direktoru Balakişi Qasımov çıxış edərək qanun layihəsi barədə fikirlərini söyləyiblər, sənədin ayrı-ayrı maddələrinə dair qeyd və təkliflərini veriblər.

Toplantıda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Media haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra onlayn iclasda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanun layihəsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə uyğun olaraq hazırlanıb. Layihədə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi istiqamətində dəyişikliklər təklif olunur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir