Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələri nümayəndələrinin taktiki təlim mərkəzinə səfər təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər tapşırıqların icrasını müşahidə məntəqəsindən izləyiblər.